Xəbər lenti

Prezident nazirliyin səlahiyyətləri artırdı
Ölkə16:43 13.01.2017

Prezident nazirliyin səlahiyyətləri artırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb. 
Qaynarinfo.Az xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Sənədə əsasən, əsasnaməyə aşağıdakı yarımbənd əlavə edilib.
“3.0.48-1. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada antidempinq, kompensasiya və mühafizə tədbirləri üzrə araşdırmanın həyata keçirilməsini nazirliyin strukturuna daxil olan qurum vasitəsilə təmin etmək”. 
Qaynarinfo.Az