Xəbər lenti

Prezident: "2017-ci il çox uğurlu il olacaq" - (YENİLƏNİB) FOTOLAR
Ölkə09:23 17.04.2017

Prezident: "2017-ci il çox uğurlu il olacaq" - (YENİLƏNİB) FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 “Bu ilin göstəriciləri çox sevindiricidir. Mənbu barədə artıq demişəm, bir daha demək istəyirəm ki, bu ilin üç ayınıngöstəriciləri bizi çox ruhlandırır. Bu, bir daha göstərir ki, 2016-cıildə qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddətərzində öz gözəl nəticələrini verib”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neftixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində bildirib.

Dövlətbaşçısı bildirib ki, bu ilin üç ayında ölkə iqtisadiyyatı qeyri-neftsektoru 2,4 faiz artıb: "Bu, çox yaxşı göstəricidir. Qeyri-neftsənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Üç ay ərzində 80mindən çox yeni iş yeri yaradılıb. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50faizə yaxın artıb, idxal 17 faiz azalıb. Kənd təsərrüfatı məhsullarınınixracı isə 44 faiz artıb. Müsbət saldomuz 1 milyard dollardan artıqdır.Biz üç ayda 1 milyard dollar vəsait qazanmışıq. Bizim valyutaehtiyatlarımız artır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz ilərzində daha da böyük nəticələrə gəlib çatacağıq. Çünki götürdüyümüz butemp və geniş vüsət almış islahatlar, o cümlədən sahibkarlar tərəfindənbizim siyasətimizə göstərilən praktiki dəstək, - onlar öz işi ilə, özinvestisiyaları ilə bunu göstərirlər, - deməyə əsas verir ki, 2017-ci ilçox uğurlu il olacaq. Eyni zamanda, biz yeni iqtisadi modelə keçməkləbundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar,texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik"

12:55

"Biz bu gün inamla deyə bilərik ki, Azərbaycanöz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neftsektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir".

"Report"xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neftixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində bildirib.

“İxracatdaisə biz bunu hələ ki, deyə bilmərik. İxracımızın böyük hissəsi hələ ki,neft və qazla bağlıdır. Bu da yəqin ki, indiki dövr üçün təbiidir.Çünki biz neft-qaz potensialımızı artırırıq. Ancaq qarşıda duranvəzifələrdən biri də odur ki, biz ixracda da şaxələndirməyə nail olaq.Necə ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna nailolmalıyıq”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezidentİlham Əliyev regional inkişaf proqramlarının icrasının öz gözəlnəticələrini verdiyini, minlərlə yeni müəssisənin yaradıldığınıvurğulayıb. Dövlət başçısı bir milyon 700 min yeni iş yerininaçıldığını, onların bir milyon 300 mininin daimi iş yeri olduğunubildirib.

Bu il fermerlərə təxminən 150 min hektar yenisuvarılan torpağın təhvil veriləcəyini diqqətə çatdıran Prezident İlhamƏliyev deyib: “Bir il ərzində bu qədər suvarılan torpağı əldə etməyimiztarixi nailiyyətdir”.

09:56

Aprelin 17-də Yevlaxda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilir.

"Qaynar" xəbər verir ki, dövlət başçısı müşavirəni giriş nitqi ilə açıb.

Sonra iqtisadiyyat naziri Şahin Mustafayev, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, “Azersun Holdinq” MMC-nin baş icraçı direktoru Savaş Uzan, “Az-Granata” MMC-nin direktoru Rövşən Fərhadov, “Gök-NUR Bakı” MMC-nin müdiri Fərid Fərhadzadə, “D-Fruits Kəndli Təsərrüfatı” MMC-nin təsisçisi İsaməddin Dəmirov, Biznes İnkubator iştirakçısı Ariz Mikayılov çıxış ediblər.

Prezident İlham Əliyev müşavirədə yekun nitqi söyləyib.

Qaynar.Az