Xəbər lenti

Prezident rektoru işdən çıxartdı - SƏRƏNCAM
Ölkə14:49 28.03.2016

Prezident rektoru işdən çıxartdı - SƏRƏNCAM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qaynar.info xəbər verir ki, dövlət başçısı Asəf Daşdəmir oğlu İsgəndərovu Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad edib.

Qeyd edək ki, Asəf İsgəndərov 1958-ci ildə Lerik rayonunda orta məktəbi qızıl medalla, 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib, Moskva Dövlət Universitetinin aspiranturasını müvəffəqiyyətlə başa çatdırıb, 1967-ci ildə "İstilikkeçirmə nəzəriyyəsinin bəzi tərs məsələləri" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini alıb. 1978-ci ildə Moskva Dövlət Universitetində "Parabolik və elliptik tip tənliklər üçün tərs məsələlər" mövzusunda uğurla müdafiə etdiyi doktorluq dissertasiyasını dünyanın məşhur riyaziyyatçilarından akademiklər A.Tixonov, A.Samarski, M.Lavrentev, V.Sadovniçi və başqaları çox yüksək qiymətləndirib.

1967-ci Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Asəf İsgəndərov bir müddət sonra sirf elmi işə keçərək Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat Mexanika İnstitutunda səmərəli elmi-tədqiqat işləri aparıb. 

Prezident İlham Əliyevin 7 aprel 2005-ci il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib. 2008-ci ildə prezidentin fərmanı ilə Asəf İsgəndərova "Əməkdar elm xadimi" fəxri adı verilib.

Qaynar.info