Akif Şamil oğlu Süleymanov Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Akif Süleymanov 1951-ci ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olub. Azərbaycan Respublikası Prezdentinin 14 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ona "Əməkdar müəllim" fəxri adı adı verilib. 13 mart 2013-cü il tarixində İlham Əliyevin sərəncamı ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsinə təyin edilib.