Xəbər lenti

Prezident Röya Tağıyevaya "Şöhrət" ordeni verdi
Ölkə15:54 26.01.2015

Prezident Röya Tağıyevaya "Şöhrət" ordeni verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.
Qaynar.info xəbər verir ki, dövlət başçısı Azərbaycan dekorativ-tətbiqi sənətinin inkişafında xidmətlərinə görə Röya Seyfəddin qızı Tağıyevanı “Şöhrət” ordeni ilə təltif edib.
Qeyd edək ki, Röya Tağıyeva Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin rəhbəri, sənətşünaslıq elmləri doktorudur. 1945-ci il yanvar ayının 1-də Bakı şəhərində anadan olan Röya Tağıyeva 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb, 1964-1966-cı illərdə Azərbaycan Pedaqoji Universitetinin nəzdindəki ingilis dili kurslarını bitirib. 1982-ci ildə sənətşünaslıq elmləri namizədi, 2003-cü ildə isə elmlər doktoru alimlik dərəcəsi alıb. 1999-cu ildə Birtaniya Şurasının Elmi mərkəzinin ingilis dilinin öyrənilməsi üzrə 1, 2, 3, 4-cü dərəcəli sertifikatı ilə təltif edilib. Bir sıra elmi əsərlərin müəllifi, mükafatların sahibidir.
Qaynar.info