Xəbər lenti

Prezident “Sahibkarlar Günü” təsis etdi - SƏRƏNCAM
Ölkə14:50 21.04.2016

Prezident “Sahibkarlar Günü” təsis etdi - SƏRƏNCAM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Qaynarinfo.az sərəncamı təqdim edir: 
Ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Hər il aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd edilsin.
Qaynarinfo.az