Azərbaycanda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı göstərən dairələr məlum olub.
Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilən yekun məlumata əsasən, ən yüksək seçici fəallığı 17 saylı Yasamal üçüncü seçki dairəsində qeydə alınıb. Bu dairədə seçici fəallığı 89,22 % olub.
Seçici fəallığının ən aşağı olduğu dairə isə 21 saylı Nəsimi-Binəqədi seçki dairəsidir. Burada seçici fəallığı 66.03 % təşkil edib.//Report.az
Şərhlər