Xəbər lenti

“Prezident seçkisinin dəqiq tarixi avqustda müəyyənləşə bilər”
Ölkə09:02 04.07.2013

“Prezident seçkisinin dəqiq tarixi avqustda müəyyənləşə bilər”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Seçkilərin dəqiq tarixi ilə bağlı müzakirələrin keçirilməsi çox güman ki, avqust ayında keçiriləcək”. 

Bunu Modern.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev deyib. O bildirib ki, Seçki Məcəlləsinin tələbinə əsasən, seçkilər mövcud prezidentin səlahiyyətinin başa çatan ili, oktyabr ayının üçüncü həftəsində keçirilməlidir. 

“Bu da oktyabr ayının 16-na təsadüf edir. Bildiyiniz kimi, Əmək Məcəlləsinə dəyişiklik olub. Səsvermə günü qeyri-iş gününə düşürsə, tarix dəyişilməlidir. Lakin həmin gün Qurban bayramına düşdüyündən qeyri-iş günü sayılır. Buna görə də tarix dəyişilməlidir. Qanunun tələbi belədir”, – deyə MSK rəsmisi qeyd edib.

Qaynar.info