Xəbər lenti

Prezident sərəncam imzaladı: 9,7 milyon manat ayrıldı
Ölkə14:13 26.10.2018

Prezident sərəncam imzaladı: 9,7 milyon manat ayrıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Ucar rayonunun Ucar-Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, sərəncama əsasən, otuz altı min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ucar-Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,7 milyon (doqquz milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.