Xəbər lenti

Siyasət 16:38 21.07.2025

"Prezident Şuşa Forumunda Ermənistana növbəti mesajını verdi" - Deputat

"Prezident İlham Əliyev Rusiya ilə bağlı konkret mövqe ortaya qoydu".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı səsləndirdiyi mesajları şərh edərkən deyib.

Ceyhun Məmmədov bildirib ki, İlham Əliyev bu forumda da dünyaya bir sıra çox mühüm mesajlar çatdırıb:

"III Şuşa Qlobal Media Forumuna gələn qonaqlar ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri öz gözlərilə görür və Azərbaycan həqiqətlərilə tanış olurlar. Eyni zamanda, Prezident Rusiya ilə bağlı da kəskin mövqeyini ortaya qoydu. Bundan başqa o, ABŞ-la əlaqələr məsələsinə də ciddi mövqe bildirdi".
 


Deputat qeyd edib ki, Prezident çıxışında Ermənistana da növbəti mesajları verdi:

"Habelə, dünyanı narahat edən digər məsələlərə də aydınlıq gətirdi. Fransanın həyata keçirdiyi siyasətə münasibət bildirdi. O, geniş şəkildə süni intelekt məsələsinə də toxundu. Zəngəzur dəhlizilə bağlı dəqiq mesajlar verdi. Son olaraq deyə bilərik ki, hər zaman olduğu kimi bu dəfə də Azərbaycan Prezidenti dünya ictimaiyyəti və insanlara bir sıra mühüm mesajları çatdırdı". 

Qeyd edək ki, Azərbaycanda III Şuşa Qlobal Media Forumu keçirilir. Ötən şənbə günü başlayan forumun açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək qlobal dünya, region və daxili məsələlərə aid bir sıra mühüm mesajlar verib. 

Rüfət Sultan


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->