Xəbər lenti

Prezident yanğınla əlaqədar komissiya yaradılması ilə bağlı sərəncam imzaladı
Ölkə11:43 28.03.2019

Prezident yanğınla əlaqədar komissiya yaradılması ilə bağlı sərəncam imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev "Bakı şəhərinin Nizami rayonu ərazisində "Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında” sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncamla Nazirlər Kabinetinə Bakı şəhərinin Nizami rayonu ərazisində "Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiya yaratmaq, görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.