Xəbər lenti

Prezident ​yeni müavin təyin etdi - Sərəncam
Ölkə08:31 28.06.2016

Prezident ​yeni müavin təyin etdi - Sərəncam

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın maliyyə nazirinə daha bir müavin təyin edilib.

Bu barədə "Report"a Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev məlumat verib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Emin Zamin oğlu Hüseynovun maliyyə nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, indiyədək maliyyə nazirinin iki müavini vardı. İlqar Fətizadə nazirin birinci müavini, Azər Bayramov isə müavini postunu tutur. 

Qaynarinfo.az