Xəbər lenti

Prezidentdən və Birinci xanımdan dəstək! - YENİLƏNİB
Ölkə08:33 24.07.2013

Prezidentdən və Birinci xanımdan dəstək! - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

12:40

"Nabran Holiday Village” istirahət düşərgəsində sutəmizləyən nasosunaçıq qalması nəticəsində iki ayağını itirən İmran Cəfərovun müalicəsinibirinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan dövləti özüzərinə götürüb. Qaynar.info-nun verdiyi xəbərə görə, bu barədə uşağın valideynləri 1news.az-a açıqlamasındabildirib.

Qeyd edək ki, bu gün mediada İmran Cəfərovun müalicəsinin tanınmış işadamı və müğənni Emin Ağalarovun öz öhdəsinə götürdüyü barədə tam dəqiqolmayan məlumat yayılıb.

13:33

İ. Cəfərovun valideynləri APA-ya açıqlamasında bildiriblər ki, artıq Prezident Administrasiyasının nümayəndələri və səhiyyə nazirinin müavini Abbas Vəlibəyov xəstəyə baş çəkiblər. Onlar ailə ilə görüşüblər və dövlətin bütün xərcləri öz üzərinə götürdüyünü bildiriblər: “Bizə bildirdilər ki, bu məsələ şəxsən prezident İlham Əliyevin nəzarətindədir. Prezident İmranın müalicəsinin dövlət hesabına təmin edilməsi ilə bağlı göstəriş verib”.  

Ailədən onu da bildiriblər ki, prezident baş vermiş hadisənin araşdırılması, məsuliyyətsizlik edənlərin qanun qarşısında cavab verməsi üçün tapşırıq verib və məsələni şəxsi nəzarətində saxlayır.