Xəbər lenti

Prezidentin gözlənilən FOTOLARI
Ölkə07:17 16.02.2013

Prezidentin gözlənilən FOTOLARI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aylardır haqqında qəribə iddialar səsləndirilən Kubada xərçəngdən müalicə olunan Venesuela prezidenti Uqo Çavesin yeni fotoları yayılıb.

Qaynar.info-nun məlumatına görə, Çavesin qızları ilə çəkdirdiyi fotolarında üzündə şişlər olduğu, buna baxmayaraq gülümsədiyi görünür.

Bu fotolar ölkənin elm və texnologiya naziri olan kürəkəni tərəfindən dövlət televiziyasında yayılıb. Fotonun birində Çaves 2 qızı Roza və Mariya ilə birlikdə kameraya gülümsəyərək şəkil çəkdirir. Digər fotoda da Çaves qızları ilə birlikdə Kubanın kommunist qəzeti olan "Granma"nı oxuyarkən görüntülənir.

Ötən ilin dekabrın 11-də keçirdiyi əməliyyatdan sonra vəziyyətinin ağır olduğu bildirilən Çaves haqqında hətta ölüm xəbərləri də dolaşırdı.


Qaynar.info