
Çankaya iqamətgahı Türkiyə prezidentinin iqamətgahıdır. Ankarada yerləşən bu möhtəşəm iqamətgah 1,77 km² sahəyə malikdir.
Bu gün köşkün heç yerdə görünməyən yeni fotoları yayılıb. Prezidentin rəsmi internet səhifəsində iqamətgahın virtual gəzintisi yerləşdirilib.
İqamətgahın birinci mərtəbəsində prezident Abdullah Gülün otağı yerləşir. İqamətgahın girişində tablolar, antik masalar diqqət çəkir. Gözləmə salonunda isə möhtəşəmliyi ilə göz oxşayan mebellər və büllur qablar var.















