
Gülnarə Kərimova özünün həbsi xəbərini təkzib edib.
Musavat.com-un məlumatına görə, Gülnarə Kərimova "Özbəkistan prezidentinin qızı həbs edildi" xəbərini yayan Twitter istifadəçisinə cavab verib ki, saxlanılan tələbələr üçün polis şöbəsinə gedib. Gülnarə Kərimovanın yazdığına görə, gənclər müxalifət saytlarına daxil olduqları üçün saxlanılıblar.
Qaynar.info virtual.az-a istinadən xəbər verir ki, dünən gecə yayılan məlumata görə Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarənin həbs olunduğu və Daşkənddəki polis bölmələrindən birinə aparıldığı deyilirdi.
Bu məlumat onun “Twitter” hesabına istinadən verilmişdi.
“Mən rayon daxili işlər şöbəsindəyəm. Ən maraqlısı odur ki, indi mənim lentimə Rusiyadan, Qazaxıstandan dəstək mesajları yazırlar... Özbəkistan isə həmişəki kimi susur” - deyə G.Kərimova Bakı vaxtı ilə saat 22.55-də göndərdiyi “tvit”ində yazıb.
Bundan əvvəlki sonuncu “tvit”ində G.Kərimova yazmışdı ki, artıq danışmaq istəmir və ölkədən getməyə çalışır.
Qaynar.info