Xəbər lenti

Prezidentin səfəri öncəsi Masallıda kimlər təxribat hazırlayır?
Ölkə12:30 16.08.2016

Prezidentin səfəri öncəsi Masallıda kimlər təxribat hazırlayır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son günlər bir neçə mətbuat orqanında Masallı rayonu ilə bağlı bəzi şikayətlər dərc olunur. Sahibkarlar adından dərc olunan şikayətdə əsas fiqur kimi isə Məmmədağa Eynullayevin fikirləri əsas götürülüb. 
Bəs Məmmədağa Eynullayev kimdir?
Əvvəlcə onun avtobioqrafiyası haqda məlumat verək: 
Məmmədağa Eynullayev əvvəllər AXCP üzvü olub. Ancaq 2005-ci ildə Yeni Azərbaycan Partiyasına qəbul olunmaq üçün ərizə ilə müraciət edib. Həmin vaxt o, icra hakimiyyətində hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 
Bir müddətdən sonra Eynullayev bu vəzifədən azad edilib. Bundan sonra o, yenidən radikal müxalifətə qoşulub. Vəzifədən azad edildikdən sonra Masallı rayonunun o vaxtkı icra başçısı barədə ittihamlar səsləndirib. İndi isə eyni ittihamları Masallının hazırkı rəhbərliyi haqqında yayır. Məmmədağa Eynullayev indi iddia edir ki, onu vaxtilə YAP-a zorla üzv ediblər. 
YAP-ın Masallı təşkilatının sabiq sədri Şirvan Əbilov Məmmədağa Eynullayevi belə xarakterizə edib: 
“O, partiyaya üzv olmaq üçün mən təşkilatın sədri olanda müraciət edib. Müraciətin tarixini də deyə bilərəm: 2005-ci il yanvarın 2-i. Açığı Məmmədağa Eynullayev sabit mövqeli adam olmadığına görə, onun partiyaya üzv olmasının əleyhinə idim. Lakin onun həmin vaxt icra hakimiyyətində işləməsi və ilk partiya təşkilatından gəlməsini nəzərə alaraq müraciətinə baxdım. Fevralın 12-də onun YAP-a üzv olması barədə qərar qəbul edildi. Məmmədağa Eynullayev bildirib ki, guya o, zorla partiyaya üzv edilib. Bu tamamilə yalandır. Onun özü könüllü surətdə ərizə yazaraq YAP-a üzv olmaq istəyib”. 
Vəzifədə olarkən Masallıda heç bir problemin olmadığını iddia edən Eynullayevin vəzifədən çıxarıldıqdan sonra rayon rəhbərliyini ittiham etməsinin səbəbi nə ola bilər? 
Masallıda Eynullayevin kimlər tərəfindən yönləndirildiyi barədə konkret fikirlər var. İctimai qənaət budur ki, Eynullayev uzun illərdi Masallıya rəhbərlik etmək üçün canfəşanlıq göstərən bir qrup tərəfindən himayə olunur. 
Əslində Eynullayevin hansı media orqanına və nə danışacağı da əvvəlcədən bu qrup tərəfindən müəyyənləşdirilir. Çox maraqlıdır ki, bu qrupda rayonda yüksək vəzifə tutan şəxslərin də təmsil olunduğu hər kəsə bəllidir. Həmin vəzifəli şəxslər icra başçısı postuna öz adamlarını gətirmək üçün belə kampaniya aparırlar.
Niyə indi peyda olublar? 
Daha bir maraqlı fakt ondan ibarətdir ki, belə kampaniyalar əsasən Azərbaycan prezidentinin Masallıya səfəri öncəsi və ondan sonra, ölkədə taleyüklü tədbirlərin-seçkilərin keçirildiyi ərəfədə aparılır. Qrup üzvləri belə məqamlarda diqqəti daha çox cəlb etməyi düşünürlər. Məmmədağa Eynullayevin növbəti dəfə peyda olması da təsadüfi deyil. Yaxın vaxtlarda ölkə prezidentinin Masallıya səfəri gözlənilir. Səfər zamanı Masallıda rayonun inkişafına birbaşa təsir edəcək bir neçə obyektin açılışı olmalıdır. Onlardan ən möhtəşəmi “ASAN həyat” kompleksidir. 640 yerlik incəsənət gimnaziyası da rayon uşaqlarının təhsilində önəmli rol oynayacaq. Masallı şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması da tamamilə başa çatdırılıb. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Masallıda “Sənaye məhəlləsi”nin yaradılmasına başlanılıb. Prezidentin rayona səfəri zamanı müasir standartlara cavab verən tarix diyarşünaslıq muzeyinin də açılışı gözlənilir. Rayonda sosial evlərin də inşası planlaşdırılıb. Elə Məmmədağa Eynullayevin “bəhanə” kimi tapdığı Bayraq meydanı da tam hazırdı və Prezidentin səfəri zamanı açılışı olacaq. 
Zəminə Nəzərova kimdir və kimin adamıdır? 
Təbii ki, görülən bu işlər hansısa qüvvələri qane etmir. Ona görə də Prezidentin səfəri ərəfəsində Məmmədağa Eynullayevin dəstəsi tapşırıqla fəaliyyətə başlayıb. Maraqlıdır ki, Eynullayevin dəstəsində bu dəfə yeni ad da var. Zəminə Nəzərova da özünü kiçik sahibkar kimi təqdim edir. Ancaq Masallıda hər kəs bu qadının hansı işlərlə məşğul olduğunu yaxşı bilir.
Masallılar dəfələrlə aidiyyatı qurumlara bu qadından şikayət ediblər. Onun meşə massivində inşa etdirmək istədiyi dırnaqarası restoranın tikintisinin qarşısı alınıb. Bundan sonra Zəminə Nəzərova da “haqqı pozulan kiçik sahibkar” kimi rayonu qarışdırmaq istəyən qrupa lazım olub. Zəminə Nəzərovanın rayonda yüksək vəzifə tutan hacı-məmur tərəfindən himayə olunduğu da Masallıda hər kəsə bəllidir. 
Masallıda görülən işləri, tikilən obyektləri-müəssisələri, məktəbləri, uşaq baxçalarını görməzdən gəlib, uzun illərdi çeynənmiş böhtanlarla gündəmə gələn bu şəxslərin məqsədi bəllidir. Nəyin bahasına olursa-olsun hər şeyi ləkələmək. Onlar bu yolla Masallıya rəhbərlik etmək istəklərini reallaşdırmağa çalışırlar. 
//Milliyol.az