Xəbər lenti

Prezidentin şərəf və ləyaqətinin qorunması haqqında qanun hazır olacaq - TEZLİKLƏ
Ölkə11:37 11.12.2013

Prezidentin şərəf və ləyaqətinin qorunması haqqında qanun hazır olacaq - TEZLİKLƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azərbaycan Respublikasının Prezidentinin şərəf və ləyaqətinin qorunması haqqında” qanun layihəsi üzərində ciddi iş gedir

Bu barədə APA-ya açıqlamasında yeni qanunun təşəbbüskarı, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
 
Layihənin özü tərəfindən hazırlandığını deyən Z. Əsgərov bildirib ki, sənəd üzərində iş yaxın vaxtlarda başa çatacaq: “Hazırda Cinayət Məcəlləsində Prezidentin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi norma var və bu işləkdir. Amma bu qanun xüsusi əhəmiyyət kəsb edəcək”.
 
Qeyd edək ki, Z. Əsgərov “Azərbaycan Respublikasının Prezidentinin şərəf və ləyaqətinin qorunması haqqında” qanun layihəsinin hazırlanması təşəbbüsü ilə Milli Məclisin payız sessiyanın əvvəlində çıxış edib, parlamentin əksər üzvü isə bu təşəbbüsü dəstəkləyib.


Qaynar.info