Xəbər lenti

Prezidentin təyin etdiyi yeni müavinlər kimdir? - DOSYE
Ölkə08:37 28.06.2019

Prezidentin təyin etdiyi yeni müavinlər kimdir? - DOSYE

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Anar Adil oğlu Quliyevin qurumun sədrinin I müavini, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar Aydın oğlu İsbatovun isə sədr müavini vəzifələrinə təyin edilməsi barədə sərəncamlar imzalayıb.
Qaynarinfo xəbər verir ki, Anar Quliyev 8 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Milli Aviasiya Akademiyasının İqtisadiyyat fakültəsinin İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisasını bitirib.
1999-cu ildə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsində mütəxəssis kimi başlayıb, 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyində mütəxəssis, aparıcı mütəxəssis, 2001-2005-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində baş mütəxəssis, böyük məsləhətçi, 2005-2009-cu illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda investisiyaların təşviqi üzrə direktor vəzifələrində çalışıb.
2009-2016-cı illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində şöbə müdirinin müavini, şöbə müdiri, 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində direktorun müşaviri, aparatın rəhbəri vəzifələrində işləyib.
Anar Quliyev 1 may 2018-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 16 may 2014-cü il tarxili 503 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif edilib. Dövlət qulluğunun müşaviridir.
İlqar İsbatov 4 sentyabr 1964-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Mühəndis-İnşaat İnstitutunun Memarlıq fakültəsini biririb. Moskva Memarlıq İnstitutu, şəhərsalma fakültəsinin Memarlıq üzrə fəlsəfə doktorudur.
1987-ci ildə Bakı Dövlət Layihə İnstitutunun Baş plan emalatxanasında başlayıb. 1987-1998-ci illərdə Bakı Dövlət Layihə İnstitutunda memar və aparıcı memar vəzifələrində, 1998-2002-ci illərdə "Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunda qrup rəhbəri və layihənin baş memarı vəzifələrində, 2002-2008-ci illərdə "Feniks-AA” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində çalışıb.
İlqar İsbatov 13 fevral 2008-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2010-cu il tarixli 844 nömrəli Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilmiş, 10 aprel 2012-ci il tarixli 2151 nömrəli Sərəncamı ilə "Əməkdar Memar” fəxri ada layiq görülüb, 18 dekabr 2017-ci il tarixli 3516 nömrəli Sərəncamı ilə "Şöhrət ordeni” ilə təltif edilib.