Xəbər lenti

Prezidentin xüsusi nümayəndəliklərinin fəaliyyət istiqamətləri (SİYAHI)
Ölkə16:42 04.02.2021

Prezidentin xüsusi nümayəndəliklərinin fəaliyyət istiqamətləri (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin fəaliyyət istiqamətləri müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”də qeyd edilib.
Xüsusi nümayəndəliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək;
- Müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək;
- Müvafiq ərazidə mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsini təşkil etmək;
- Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.