Xəbər lenti

Prezidentlə xanımı bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələrə köçürdü
Ölkə06:57 03.10.2020

Prezidentlə xanımı bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələrə köçürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan  Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan  Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə formalaşıb.
Fondun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməkliyi məqsədi ilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilər.