Xəbər lenti

Prezidentlərə təqdim olunan yemək menyusu (FOTO)
Ölkə19:17 23.10.2024

Prezidentlərə təqdim olunan yemək menyusu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kazanda Rusiya Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə təşkil olunan rəsmi ziyafətin menyusu bəlli olub.

"Qafqazinfo”nun məlumatına görə, dövlət rəhbərlərinə Tatar mətbəxindən kartoflu "Kıstıbıy” təqdim edilib.

İlkin yemək kimi nərə balığından və göbələkdən hazırlanmış düşbərə masaya düzülüb.

Menyuda o cümlədən, quzu baldırı və göyərti ilə hazırlanmış sudak balığı da yer alıb.

Rəsmi ziyafətdə içkilər Rusiya istehsalı olub.