Xəbər lenti

Problemli şagirdlər ciddi rejimli təcridxanalarda təhsil almalıdırlar - Müğənni
Maqazin 17:45 05.10.2022

Problemli şagirdlər ciddi rejimli təcridxanalarda təhsil almalıdırlar - Müğənni

"Problemli şagirdlər məktəblərdə deyil, ciddi rejimli təcridxanalarda təhsil almalıdırlar”.

Qaynarinfo xəbər verir ki, bu təklifi müğənni Günel Ələkbərova ötən gün 112 saylı məktəbdə şagirdlər arasında baş verən hadisədən danışarkən deyib.
 
Müğənni hər sinifdə kameraların quraşdırılmasının vacibliyini vurğulayıb:

"Hadisə mənə pis təsir edib, yata bilmirəm, qızımı məktəbə göndərmək istəmirəm. Bu uşaqlar yaşıdlarına zərbələr vura bilirlər. Məktəb direktoru və müavini zamanında bu kimi hadisələrə göz yummasaydılar, olaylar artmazdı. Məktəbdə belə xuliqanlıq edən şagirdlər və onların valideynləri barədə ciddi tədbirlər görülməlidir. İlk öncə onlar məktəbdən uzaqlaşdırılmalıdır”.

Bahar

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->