"Qapalı məkanlarda bir nəfər 10-larla insanı yoluxdura bilər”.
Qaynarinfo xəbər verir ki, bunu professor Adil Qeybulla deyib. Professor bildirib ki, ciddi karantin qaydalarına əməl etməklə yoluxma faizini aşağı salmaq olar:
"COVID-19 koronavirus infeksiyasının (xəstəliyin adı belədir) pandemiyası SARS-CoV-2 koronavirusu (törədicinin adı belədir) tərəfindən törədilib. Yoluxma əmsalı (R) deyilən bir anlayış var. Ciddi karantin qaydalarına əməl etməklə bu əmsalı 1-ə və daha aşağı saldırmaq olar. R1 odur ki, 1 adam 1 nəfəri yoluxdurur. Almaniyanın Federal Robert Kox adına infeksion və yoluxucu olmayan xəstəliklər İnstitutu 16 apreldə yoluxma əmsalının 0.7-yə endirdiklərini açıqlamışdı. Bu o deməkdir ki, görülən karantin tədbirləri imkan verir ki, bir adam 1 nəfərdən azı (məsələn: 10 nəfər 7 nəfəri) yoluxdura bilər. Karantin tədbirləri gözlənilməyən yerlərdə (sosial məsafə gözləməmək, maskasız gəzmək və öpüşüb-qucaqlaşmaq kimi səmiyyət qiyafəsindəki möhtəşəm adətlərimiz sayəsində) orta hesabla yoluxma əmsalı R6 ola bilər. Qapalı məkanda isə 1 adam 10-larla adamı yoluxdura bilər. Karantin qaydaları yumşaldılandan sonrakı dövrdə Bakı bulvarı, küçələr, parklar, bina həyətlərində izdihamlı təmaslar bunu təsdiq etmirmi, dəyərli dostlar? Xəstəlik insanlarda simptomsuz (subklinik forma), yüngül, orta, ağır və septik şok formasında keçə bilər. Simptom başlayandan ölümə qədər keçən vaxt 6 gündən 41 gün, orta hesabla isə 14 gün davam edə bilər. Ölüm (mortality) barədə dəyərləndirmə birbaşa diaqnoz qoyulmuş infeksiyadan ölüm sayı (CFR) və diaqnoz qoyulan və qoyulmayan infeksiyaya yoluxmuş ümumi ölümlərin faiz hesabı (İFR) ilə müəyyən edilir”.
Adil Qeybulla qeyd edib ki, bu gün reinfeksiya və eksponensial artım fazasını yaşayırıq.
Bahar Rüstəmli