Xəbər lenti

Prokuror iş adamına 15 il cəza istədi
Ölkə15:16 02.04.2013

Prokuror iş adamına 15 il cəza istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Ağır Cinayətlər Məhkəməsində “Mur-Ay” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dələduzluqda təqsirləndirilən sədri Elxan Hüseynov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, prosesdə prokuror çıxış edərək təqsirləndirilən şəxslərdən Elxan Hüseynovun 15 il, Vaqif Söhbətovun 14 il,  Qalib Məmmədbəylinin 12 il, Bəybala Sultanovun 14 il 6 ay, Seyfəddin Səfərovun 11 il, Şəhriyar Ağayevin 12 il, ,Novruz Muxtarovun isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Proses aprelin 8-də davam etdiriləcək.

 Qeyd edək ki,  “Mur-Ay” MMC-nin sədri Elxan Hüseynov və qeyrilərinin qabaqcadan əlbir olub cəmiyyət tərəfindən Yeni Yasamal massivində inşa edilən yaşayış binalarındakı mənzilləri bir neçə dəfə ayrı-ayrı şəxslərə satmaqla külli miqdarda pul vəsaitlərini ələ keçirərək dələduzluq əməli törədiblər. Cinayət işi üzrə təqsirləndirilən şəxslər “Azərbaycan” Nəşriyyatında direktor müavini vəzifəsində işləmiş Qalib Məmmədbəyli , “Mur-Ay” MMC-nin sədr müavini Bəybala Sultanov, “Mur-Ay” MMC-də mühasib vəzifəsində işləyən Novruz Muxtarov, cəmiyyətin direktoru Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Vaqif Söhbətov, cəmiyyətdə satış üzrə menecer işləyən Səhriyar Ağayev, Seyfəddin Səfərov və şirkətin sədri Elxan Hüseynovdur.