Xəbər lenti

Prokuror köməkçisi yanaraq öldü - Ucarda
Ölkə08:10 19.01.2015

Prokuror köməkçisi yanaraq öldü - Ucarda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ucarda bu gün səhər saatlarında baş verən qəzada ölən şəxslərin kimlikləri bəlli olub. 

Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Müsüslü kəndi ərazisində "Mercedes" markalı maşının "Kamaz" markalı betonqarışdıranla toqquşması nəticəsində iki nəfər ölüb. Onların hər ikisi minik maşınında olublar. 

Ölənlər sürücü Ehtiram Salahov və onun sərnişini Emin Qurbanov olub. 

İlkin məlumata görə, E.Qurbanov Göyçay rayon prokurorunun köməkçisi olub. KamAz markalı maşının sürücüsü isə 1978-ci il təvəllüdlü Tariyel Qasımovdur. 

Xatırladaq ki, qəza bu gün səhər saatlarında baş verib. KamAZ-la toqquşan minik maşını partlayıb. 

Qaynar.info