Xəbər lenti

Prokurorluq açıqlama yaydı
Ölkə15:00 26.04.2013

Prokurorluq açıqlama yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Respublika Hərbi Prokurorluğu bir neçə gün əvvəl əsgər yoldaşı tərəfindən qətlə yetirilən hərbi qulluqçunun dəfni zamanı qarşıdurma yaranması barədə bəzi KİV-də yayılan məlumatlara münasibət bildirib. 

Qurumun mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, bəzi KİV-də guya mərhum əsgər Kamran Məmmədovun Göygöl rayonunda dəfn mərasimi zamanı qarşıdurma yaranması və hüquq-mühafizə orqanları tərəfindən mərhumun dəfninə icazə verilməməsi barədə yalan məlumatlar dərc edilib: “Birmənalı olaraq bildiririk ki, hər hansı qarşıdurmanın baş verməsi haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil. Mərhum Kamran Məmmədov torpağa tapşırılıb və onun dəfninə heç bir maneçilik törədilməyib”.

 Qeyd edək ki, bu gün KİV-də Azərbaycan Ordusunun qətlə yetirilən  əsgəri Kamran Firdovsi oğlu Məmmədov dəfnində qarşıdurma yaranması barədə məlumatlar yayılıb. Məlumatlarda bildirilir ki, baş vermiş qətli araşdıran hüquq-mühafizə orqanları əsgərin dəfninə icazə verməyiblər.

 Xatırladaq  ki, məlum qətl hadisəsi Müdafiə Nazirliyinin Bakıda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri 19 yaşlı Xəyyam Asif oğlu Bayramov əsgər yoldaşı, 18 yaşlı Kamran Firdovsi Məmmədovu bıçaqlayıb. K. Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib.

Qaynar.info