Xəbər lenti

Prokurorluq bu şəxslərə xəbərdarlıq etdi
Ölkə11:34 28.12.2021

Prokurorluq bu şəxslərə xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş Prokurorluq bir qrup media istifadəçilərinə xəbərdarlıq edib.
Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən sosial media platformalarında konkret faktlara əsaslanmayan müxtəlif qərəzli məlumatları sensasiya naminə yaymaqla "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-2-ci maddəsinin tələblərini pozmuş Yusubov Bəxtiyar Yusub oğlu, Günəşli Seymur Şirbala oğlu, İsmayılov Bəxtiyar Qafqaz oğlu, Namazov Mahir Nadir oğlu və Əzizov Musa Mazan oğluna  xəbərdarlıq elan edilib.