Xəbər lenti

Prokurorluğun direktorun intiharı ilə bağlı məlumatı
Ölkə08:03 31.07.2013

Prokurorluğun direktorun intiharı ilə bağlı məlumatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Meyidin boyun nahiyəsində asılmaya xarakterik olan stranqulyasiya şırımından başqa digər xəsarətlər aşkar olunmayıb


Baş Prokurorluq Quba rayonunda baş verən intihar hadisəsi ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, 30 iyul 2013-cü il tarixdə, saat 09:10 radələrində Quba rayonunun Mucu kənd orta məktəbinin direktoru Əliağa Eyvazovun məktəbin kitabxanasında asılmış vəziyyətdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib və digər zəruri prosessual işlər yerinə yetirilib.
Meyitin xarici müayinəsi zamanı onun boyun nahiyəsində asılmaya xarakterik olan stranqulyasiya şırımından başqa digər xəsarətlər aşkar olunmayıb.

Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, məhkəmə-tibbi ekspertiza təyin edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq işləri davam etdirilir.


Anspress.com