Protez-Ortopedik Bərpa Mərkəzi əlilliyi olan xəstəyə protez verməkdən imtina edib.
Qaynarinfo xəbər verir ki, bu barədə illərdir xərcəng xəstəliyinin fəsadlarını yaşayan Rəbiyyə Zərdabi məlumat verib. O bildirib ki, protezini dəyişdirmək istəsə də Protez-Ortopedik Bərpa Mərkəz bundan imtina edib.
"Dövlətin Protez-Ortopedik Bərpa Mərkəz hər bir əlliliyi olan xəstəyə ildə bir dəfə protez verirdi. Dünya həkimləri də sübut edir ki, bu protezlər ildə bir dəfə dəyişməlidir. Cünki icində olan maddə bir ildən sonra əriyir və xarab olur. İndi bizim bu Protez İnstitutu protezləri iki ildən bir verir. Soruşursan ki, bu qərarı kim verib cavab verə bilmirlər”,- deyə R. Zərdabi qeyd edib.
Şikayətçi bildirib ki, adıçəkilən mərkəzlə evinin arasında qaldıb:
"Protezi ciblərindən pul verib almırlar ki. Dövlət öz büdcəsi ilə alır, niyə biz problem yaşamalıyıq? Səhiyyə Nazirliyi və Təbib bu işə bir əl atın. Bu protezlər apteklərdə və bəzi ticarət obyektlərində də satılır. Necə satılır? Müəmmalı məsələdir. Amma onsuz da dərmanları baha olan bu xərcəng xəstəliyinin və aldığımız əllilik təqaüdünün gülməli vəziyyəti hamınıza məlumdur. Ona görə bu protezi almağımız da müşkül məsələdir”.
Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, söhbət ambutasiya olunan ətrafların-əllərin, ayaqların protezindən gedirsə, onların hər il dəyişməyi vacib deyil:
"Onlara texniki serviz göstərilə bilər. Çünki bəzi protezlər çox mürəkkəb və orqanizmə uyğun şəkildə hazırlanıb. Onların hər il dəyişməsi nümunəsi yoxdur. Hətta buna ehtiyac da olmur. İnsan ona uyğunlaşır. O ki qaldı orqanizmin daxilinə qoyulan protezlərə- diz, bud-çanaq oynaqlarına və s. kimi protezlər birdəfəlik qoyulur. Xarici protezlər, yəni çıxarılıb-geyinilən protezlərin istismar müddəti həmin protezlərin sıradan çıxana kimidir”.
Bahar Rüstəmli