Dünya 22:46 28.05.2022

Putin Cənubi Osetiya ilə ikili vətəndaşlıq haqqında sazişi ratifikasiya etdi

Rusiya prezidenti Vladimir Putin Cənubi Osetiya ilə ikili vətəndaşlıq haqqında sazişi ratifikasiya edən qanunu imzalayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

İndi Rusiya və Cənubi Osetiya vətəndaşları öz pasportlarından imtina etmədən dövlətlərdən birinin vətəndaşlığını ala bilərlər. 18 yaşına çatmamış uşaqlar uşağın vətəndaşlıqdan çıxması barədə valideynlərin birgə yazılı ərizəsi əsasında öz seçdikləri tərəflərdən birinin vətəndaşlığını ala bilərlər.

Saziş ratifikasiya sənədlərinin mübadiləsindən sonra qüvvəyə minəcək. O, beş il müddətində qüvvədə olacaq və diplomatik kanallar vasitəsilə tərəflərdən birinin yazılı bildirişinə qədər avtomatik olaraq yenilənəcək.
 
Alpər