Xəbər lenti

Dünya 08:48 22.09.2023

"Putin dünyaya şərtlər diktə etmək əvəzinə..." - Zelenski

"Amerikaya, Avropaya və bütün azad dünyaya şərtlər diktə etmək əvəzinə, Putin özünü alçaltmağa məcburdur".

Qaynarinfo xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonda çıxışı zamanı deyib.

Ukrayna lideri bildirib ki, Putinin məhv etmək istədiyi ölkələrin uzun siyahısı var.

"Ukrayna süqut etsə, Avropanın yarısı Moskvanın təsir dairəsinə düşmək təhlükəsi ilə üzləşəcək”, deyə Zelenski bildirib.

O əlavə edib ki, Putinin indi fərqli məqsədlər siyahısı var. Rusiya prezidenti dünyaya şərtlər diktə etmək əvəzinə, Pxenyandan gələn nümayəndə heyətini şəxsən əyləndirmək və Tehranın rəğbətini qazanmağa çalışmaqla özünü alçaltmağa məcbur olur.

"Bu, onun aşkar zəifliyini nümayiş etdirir", deyə Ukrayna prezidenti yekunlaşdırıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->