Xəbər lenti

Putin döyüş əmri verdi
Ölkə09:20 16.03.2015

Putin döyüş əmri verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti Vladimir Putin Şimal Donanmasının, Qərb Hərbi Dairəsinin və Hərbi Desant Qüvvələrinin ayrı-ayrı birləşmələrinin tam döyüş hazırlığına gətirilməsi barədə əmr verib.

Anspress-in məlumatına görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

O bildirib ki, ilk olaraq döyüş hazırlığının yoxlanılmasına 38 min hərbi qulluqçu cəlb edilib. 

Bundan əlavə, 3 min 36 hərbi texnika, 41 gəmi, 15 sualtı qayıq, 110 təyyarə və vertolyot da döyüş hazırlığı vəziyyətinə gətiriləcək.

Putinin qəfil əmrinin nə ilə bağlı olduğu dəqiq bilinmir. 

Qaynar.info