Xəbər lenti

Putin Əli Həsənova və Oqtay Əsədova orden verdi
Ölkə11:21 09.03.2015

Putin Əli Həsənova və Oqtay Əsədova orden verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Putin həmçinin xarici vətəndaşların Rusiyanın dövlət mükafatları ilə təyin edilməsinə dair ayrıca fərman imzalayıb. 

Martın 8-də imzalanan fərmanın mətni bu gün Rusiyanın hüquqi informasiyalar rəsmi portalında dərc edilib.

Həmin fərmana əsasən Azərbaycan prezidentinin siyasi işlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov və parlamentin spikeri Oqtay Əsədov Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif edilir. Fərmanda göstərilir ki, bu şəxslər Rusiya ilə dostluq münasibətlərinin möhkəmlənməsinə və əməkdaşlığa böyük töhfə verdikləri üçün təltif edilir.

Qaynar.info