Rusiya prezidenti ad günü mərasiminə gəlməyən Avstraliyanın baş nazirindən inciyib Vladimir Putin ad günü mərasiminə gəlməyən Avstraliya baş nazirindən küsüb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İndoneziyada baş tutan zirvə konfransı zamanı Rusiya prezidenti üçün ad günü məclisi təşkil edilib. Avstaraliya baş naziri Toni Abbott isə tədbirə dəvət edilməsinə baxmayaraq ora gəlməyib.
Zirvə toplantısı çərçivəsində təşkil olunan konfransa gecikən Avstaraliya baş naziri Vladimir Putinin yanında oturub. Rusiya prezidenti isə Avstraliya baş nazirinə tərəf arxasını çevirib və onu görməməzlikdən gəlib.
Qeyd edək ki, ad günü münasibəti ilə təşkil olunan tədbirdə İndoneziya Baş naziri Susilo Bambang isə Putinin şərəfinə “Ad günün mübarək” mahnısını ifa edib.