
Rusiyada səfərdə olan İngiltərənin baş naziri Devid Kemeron prezident Vladimir Putinlə Soçiyə yola düşüb.
Qaynar.info-nun məlumatına görə, səfər zamanı Putin ingilis baş nazirə 2014-cü ildə Soçidə keçiriləcək qış Olimpiya oyunları üçün tikilən komplekslərə baxmağı təklif edib: "Əgər sizin vaxtınız varsa mən sizə 2014-cü il qış Olimpiadasına necə hazırladığımızı göstərmək istəyirəm".
London Olimpiya oyunları zamanı ona bu cür hörmət göstərildiyini xatırladan Putin, "Bu gün mən də sizi gəzdirməklə eyni hörməti göstərmək istəyirəm" deyib.
Qaynar.info