Xəbər lenti

Putindən azərbaycanlı rejissora orden
Ölkə11:52 08.05.2015

Putindən azərbaycanlı rejissora orden

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Prezidenti Vladimir Putin tanınmış kinorejissor, Azərbaycanın Xalq Artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. 

Fərmanın mətni RF-nin rəsmi hüquqi informasiya internet portalında yerləşdirilib.

Qaynar.info-nun AzərTac-a istinadla verdiyi məlumata görə, V.Mustafayev Rusiya Federasiyasının “Dostluq” ordeninə “RF ilə dostluq və əməkdaşlığın möhkəmlənməsinə, ticari-iqtisadi və mədəni əlaqələrin inkişafına böyük töhfəsinə görə” layiq görülüb.

V. Mustafayev “Bəyin oğurlanması”, “Yaramaz”, “ Hər şey yaxşılığa doğru”, “Milli bomba” kimi tanınmış filmlərin, ümummilli lider Heydər Əliyev haqqında silsilə sənədli filmlərin, o cümlədən tamaşaçıların böyük rəğbətini qazanmış “Lider”, “Əsl məhəbbət haqqında”, “Bir həsədin tarixi” filmlərinin rejissorudur. Onun filmləri dəfələrlə müxtəlif nüfuzlu beynəlxalq kinofestivallarda mükafatlara layiq görülüb.

Qaynar.info