Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin 30 illik həyat yoldaşı Lyudmila Putindən boşanıb. Kreml rəhbəri bu barədə dövlət televiziyasına açıqlama verib.
«Onsuz da bir-birimizi heç görmürük. İkimiz də öz həyatımızı yaşayırıq», deyə Putin bildirib.
Putin cütlüyünün boşanmasına səbəb isə keçmiş idmançı olub. Belə ki, Rusiya prezidenti uzun müddətdi ki, veteran gimnast Alina Kabayeva ilə birlikdədi. Hətta bu ilin yanvarında cütlüyün qızının dünyaya gəldiyi iddia olunmuşdu.
Qeyd edək ki, Kabayeva Putinin qızından cəmi iki yaş böyükdü. Rusiya prezidentinin 28 və 26 yaşında iki qızı var. Kabayeva isə 30 yaşındadı.
Alina Kabayeva milliyətcə tatardı. 1983-cü ilin 12 mayında Özbəkistanın paytaxtı Daşkənddə dünyaya gələn Alina Rusiyanın ən uğurlu gimnastlarındandı. O, karyerası ərzində 2 olimpiya medalı, 18 dünya və 25 Avropa çempionluğu qazanıb. Kabayeva 2007-ci ildə siyasətə qoşulub və Putinin rəhbərlik etdiyi Birləşmiş Rusiya Partiyasından millət vəkili seçilib.