
Rusiya hökuməti aparatının rəhbəri vəzifəsindən getməklə bağlı ərizə yazan Vladislav Surkovu onun keçmiş birinci müavini Sergey Prixodko əvəz edəcək.
Musavat.com-un "Komsomolskaya pravda"ya istinadən verdiyi məlumata görə, baş nazir Dmitri Medvedev sərəncam imzalayıb. Vladislav Surkovun baş nazirin müavini kimi səlahiyyətləri isə Arkadi Dvorkoviçə həvalə edilib.
Sergey Prixodko 1957-ci ildə Moskvada anadan olub. O, SSRİ XİN yanınca beynəlxalq əlaqələr institutunu biğirib. Sovet illərində SSRİ-inin Çexoslovakiydakı səfirliyində, Çexoslovakiyanın süqutundan sonra isə Çexiyadakı səfirlikdə çalışıb. 1993-cü ildə Rusiyaya qayıdıb və Xarici İşlər Nazirliyində çalışmağa başlayıb. İki dəfə Rusiya prezidentinin kbməkçisi olub - 1997-1998 və 2004-2012-ci illərdə.
Sergey Prixodko Kremldə 15 ildən çox işləyib.
Sergey Prixodkonun adı "Kreml qurdu" qalmaqalı ilə də xatırlanır. Tver vilayətinin qubernatoru Dmitri Zelenin Kremldəki qəbul zamanı salat boşqabında qurd tapmışdı. O, qurdun fotosunu çəkərək, Twitter səhifəsində yerləşdirmişdi. O vaxt prezidentin köməkçisi olun Sergey Prixodko isə qubernatorun işdən çıxarılmasını təklif etmişdi.
Qaynar.info