Xəbər lenti

Qaçaqmalçılar dəniz yolu ilə Azərbaycana keçməyə cəhd göstəriblər – FOTO
Ölkə12:30 21.03.2017

Qaçaqmalçılar dəniz yolu ilə Azərbaycana keçməyə cəhd göstəriblər – FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyalı sərhədçilər RF-dən Azərbaycana qanunsuz yolla keçirilən tütün məmulatlarını nəzarətə götürüblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “AiF Dağıstan” nəşrinə Dağıstan Respublikası üzrə Rusiya Federal Təhlüksizlik Xidmətinin Sərhəd İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Dərbənd şəhərindən cənub-şərqdə dənizdə göyərtəsində iki Rusiya vətəndaşı olan və Azərbaycana istiqamətlənən gəmi aşkarlanıb. Sərhəd xidmətinin əməkdaşlarının gəminin sənədlərinin yoxlanılması üçün qanuni tələblərinə baxmayaraq, onlar gəmini saxlamayıblar”, - mənbə deyib.

Nəşrin sözçüsünün məlumatına əsasən, qaçaqmalçılar suya qara paketlərdə qutular atmağa başlayıblar. Qutularda Rusiya Federasiyasının aksiz markası olmadan 3 min “NZ gold compact” markalı siqaret bloku aşkarlanıb. 

Qaynar.Az