Xəbər lenti

Qaçırdığı qızı və özünü maşında yandırdı - AZƏRBAYCANDA ŞOK
Ölkə13:23 30.09.2014

Qaçırdığı qızı və özünü maşında yandırdı - AZƏRBAYCANDA ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyində avtomobil yanıb. 

Qaynar.info APA-ya istinadən xəbər verir ki, 50 CP 716 dövlət nömrə nişanlı avtomaşının içərisində olan sürücü yanaraq ölüb, onun sərnişini isə müxtəlif bədən xəsarətləri ilə Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib.

Maşının sürücüsü olan Sumqayıt sakini qızı evlənmək məqsədilə qaçırıb. Qız isə buna etiraz edib. Bu səbəbdən oğlan maşında olan benzini həm qızın, həm də özünün üzərinə tökərək yandırıb.

Sumqayıt Şəhər Polis İdarəsindən  verilən məlumata görə, magistral yolda baş verən yanğın hadisəsi zamanı 1983-cü il təvəllüdlü Mansur Mahir oğlu Yaqubov yanaraq ölüb, şəxsiyyəti hələlik məlum olmayan bir nəfər qadın isə yanıq xəsarətləri alıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırmalar aparılır.

Qaynar.info