Xəbər lenti

Qaçırılan 16 yaşlı qız xalası oğluna 10 bıçaq zərbəsi vurdu - Azərbaycanda
Ölkə11:00 01.05.2014

Qaçırılan 16 yaşlı qız xalası oğluna 10 bıçaq zərbəsi vurdu - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Masallıda 16 yaşlı qadın xalası oğlunu intiqam məqsədilə öldürmək istəyib. 
Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Ərəb kəndində Xırmandalı kənd sakini, 1998-ci il təvəllüdlü Nərminə Ağasəf qızı Şıxıyeva xalası oğlu 2006-cı il təvəllüdlü Həsən Mahir oğlu Vəliyevi bıçaqlayıb. Nərminə xalaoğlusuna çay kənarında 10 bıçaq zərbəsi vurub.
Hadisə nəticəsində ağır yaralanan Həsən Vəliyev xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törətmiş Nərminə Şıxıyeva yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Araşdırmalar zamanı məlum olub ki, gənc qadın xalası oğlunu intiqam məqsədilə vurub.
Belə ki, bir müddət əvvəl Nərminə Şıxıyeva digər xalasının oğlu tərəfindən qaçırılıb. Onların yerini bilən Həsən Vəliyevin anası bu barədə polisə məlumat verib. Polis də, Nərminəni qaçıran oğlanı yaxalayıb.
Bundan əsəbləşən Nərminə Şıxıyeva xalasının evinə gələrək onunla dalaşıb. Bu zaman Həsən Vəliyev qapıya çıxıb. Nərminə də Həsəni götürüb və çay kənarına aparıb. Burada uşağı bıçaqlamağa başlayıb.
Faktla bağlı Masallı rayon cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qaynar.info