Xəbər lenti

Qadın 4 kişi tərəfindən zorlandı – Bakının məşhur otelində
Ölkə07:57 03.07.2014

Qadın 4 kişi tərəfindən zorlandı – Bakının məşhur otelində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının məşhur otelində zorlanma hadisəsi olub. Gənc qadın tanımadığı kişilər tərəfindən zorlanıb. 

Milli.Az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində yerləşən "Delux" otelində baş verib. 

Cəmilə adlı qadın Nərimanov Rayon Polis İdarəsinə şikayət edib ki, iyunun 30-da saat 16 radələrində Müjgan adlı xanımın vasitəsilə Həsən Əliyev küçəsi 119 ünvanındakı "Delux" otelinə gedib. Otelin 214 saylı otağında ona 4 nəfər tanımadığı kişi dərman içirdib, sonra isə növbə ilə zorlayıb. 

Nərimanov Rayon Polis İdarəsindən Milli.Az-a bildirilib ki, Cəmilə oteldə Müjgan adlı qadınla viski içib, sonra isə zorlanıb. Həmin qadına şübhəli şəxslər göstərilsə də, onları tanımadığını deyib. Hazırda araşdırma aparılır. 

Qaynar.info