Bakı şəhər sakini qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyub.
Qaynar.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Kəmalə Anufriyevanın gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması faktı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. İstintaq aparılır.
Qaynar.info