Bilmirəm, Amerikanın Suriyanı bombalaması ərəfəsində HƏRBİ vətənpərvərlikdən yazım, ya QƏR-Bİ vətənpərvərlikdən. Ürəyimə dammışdı axı. Hələ 41-45 vaxtı Almaniyanın üstünə gedəndə ürəyimə dammışdı ki, ABŞ əlifba sırasıyla başlayıb. Qətiləşdirdim: QƏRBİ vətənpərvərlikdən danışacağıq.
Vay-vaay, bəzi məmurların Avropaya buraxılmamasını Qərbdən umanlar nə qədər sadəlövh. Noolacaq ki? Uzaq-başı məmurlar Avropanı bura gətirəcəklər. Hardasa oxumuşdum ki, Orta Asiya keçəllərindən biri öz həyətində “mi-ni Avropa” tikib. Kompleksin bir hissəsi Londonu, bir hissəsi Parisi, bir hissəsi Berlini xatırladır.
İndi noolsun ki, bizdəki Orta Asiya deyil, Ortabab “Asiyadı”?!
Qoy durub, sən Allah, hovuzunda delfin saxlayan naziri qıcıqlandırarsan, götürüb delfini adamla əvəz eləyər. Dinmə. Qardaş, abi, brat, brother, belə getsə, Qərb dəyərlərindən danışmağı tövbə eləyəcəyəm. Çün, o saat tökülüşürlər ada-mın üstünə ki, namus əldən gedəcək, ar eldən gedəcək, əxlaq beldən gedəcək, bulbul güldən gedəcək. Yəni bunların hamısı əxlaq mücəssiməsi Təvəkkülgildən gedəcək.
Hərçənd anlamaq çətin: niyə Qərbdən danışan kimi bu adamların ağlına ancaq sekslə bağlı məsələlər gəlir? Heç nəyə ehyam vurmuram ha, bunu elə-belə soruşdum.
Qırğın-qiyamat hələ qabaqda... On səkkiz dəfə demişik ki, “Qərbin yaxşı cəhətlərini götürməliyik, pis cəhətlərini yox” kimi nağılları buraxın getsin. Belə bir seçim imkanı yox. Qərb - bir həyat tərzi. Götürəcəksənsə, onu bütövlükdə götürəcəksən - yaxşısını da, pisini də.
Hə tooba, dünyanın heç harasında “təmiz cəmiyyət” yox. Nədənsə, təkcə biz azərbaycanlılar bu iddiadayıq ki, sərhədlərimizdən bu üzə bir dənə də “əxlaqsızlıq” keçməməli. Kəmər belimi kəsdi, müqavimət əbəsdi. Əksinə, qapıları bir az da geniş açmaq lazım ki, o “əxlaqlı-əxlaqsız” Avropa dəyərləri tez gəlsin və tənzimlənmə prosesi də tez başa çatsın.
Bir dəqiqə dayan e, bu fanatik dindarlar Qərb dəyərlərinin buralara ayaq açmasından niyə narahatdırlar, anlamı-ram.
Qardaş, abi, brat, brother, bəradər, iyirmi birinci əsrdə insanın hansısa pis əməli Allahdan qorxduğuna görə etməməsi ibtidai münasibətlər sisteminin göstəricisi. İbtidai münasibətlər mentaliteti olmayan - millət kimi formalaşmamış, qa-nunları omayan - cəmiyyət kimi formalaşmamış, camaatın instinktlərlə yaşadığı yerlərdə mümkün.
Yəni nə qoyub, nə axtarırsan?!
Bir az da yəni dünyanın bu vaxtında “donuz əti” janrında məsələlərə münasibət ayənin diktəsiylə formalaşmamalıydı, insanın bu əsrdə “donuz ətinə” sadəcə iştahası olmamalıydı.
Lap yəni öz nəfsinlə cihad hökmü hələ də aktualdırsa, deməli, biz tərəflərdə NƏFS ölməyib. Bax, mən QƏRB deyib yaxamı ona görə cırıram ki, bu QƏRB o NƏFSİN özünü öldürdü. Məsələn? Məsələn, elə qadın görməmişliyi ba-xımından.
Nəfsin öldüyü ölkələrdə qadınların yarıçılpaqlıqla diqqət çəkməyə ehtiyacı yox. Nəfsin öldüyü ölkələrdə qol-boyun sevgili gəzintilərinə vəhşi kimi baxmırlar - yarıhəsəd, yarıqəzəb. Nəfsin öldüyü ölkələrdə mavilik, lezbiyanlıq sıradan bir problem kimi dartışılır, day cəmiyyətin ölüm-dirim polemikasına çevrilmir.
Məsələn, məşhur qadınların bir gecəsinə milyonlar vermək yalnız ŞƏRQDƏ. Çünki NƏFS ölməyib. Məsələn, varlıların öz pullarının bir hissəsini xeyyriyəçiliyə xərcləmək yalnız QƏRBDƏ. Çünki NƏFS ölüb.