Xəbər lenti

Qadın idarə müdiri iş otağında öldürüldü, müavin yaralandı - YENİLƏNİB
Ölkə16:54 22.04.2017

Qadın idarə müdiri iş otağında öldürüldü, müavin yaralandı - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Axşam saatlarında Tovuz rayonunda qətl hadisəsi törədilib.

"Qaynar" "Report"a istinadən xəbər verir ki, qətlə yetirilən 1956-cı il təvəllüdlü Bayramova Raya Nəsrəddin qızı Dövlət Sığorta Agentliyi Tovuz rayon şöbəsinin müdiridir.

Onun kim tərəfindən və hansı şəraitdə qətlə yetirilməsi, hələlik məlum deyil.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

***

Raya Bayramova iş otağında ölü tapılıb. APA-nın məlumatına görə, 1956-cı il təvəllüdlü R.Bayramovanın meyiti aidiyyəti üzrə Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Tovuz rayon şöbəsinə təhvil verilib. Meyitin üzərində qan ləkələri olduğuna görə, R. Bayramovanın qətlə yetirilməsi ehtimal edilir.

*** 

"Azərsığorta" dövlət şığorta şirkəti Tovuz filialının direktoru Raya Bayramovanın iş otağında ölü tapılmasına münasibət bildirib.

Dövlət şirkətinin hüquq və kadr departamentinin direktoru Əfqan Mirzəyev APA-ya açıqlamasında bildirib: "Biz də hadisədən xəbər tutduq. İlkin ehtimal qətldir, lakin məlumat rəsmi səviyyədə təsdiqlənməyib. Biz də rəsmi məlumat gözləyirik. Hər halda, görünən budur ki, hadisənin şirkətlə əlaqəsi yoxdur".

***

Tovuz rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, şöbə müdiri qətlə yetirilən zaman onun müavinlərindən biri - Tovuz rayon sakini, 1964-cu il təvəllüdlü Vəliyev Vidadi Bəhman oğlu travmatoloji xəsarət alıb.

O, kəllə-beyin travması diaqnozu ilə Tovuz Rayon Mərkəzi Rayon xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır.

Qətlə yetirilən şöbə müdiri Raya Bayramova 20 ildir ki, sözügedən vəzifədə çalışıb. Həyat yoldaşını itirən qadının iki övladı (oğul və qız) var. Mərhumun qızı da həmin idarədə işləyir.

Qaynar.Az