Xəbər lenti

Qadın məhkəmə binasının qarşısında döyüldü
Ölkə12:24 05.08.2013

Qadın məhkəmə binasının qarşısında döyüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəmkir rayon sakini Gəncədə, Apellyasiya məhkəməsi binasının qarşısında döyülüb.

Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, 1966-cı il təvəllüdü, Şəmkir rayon sakini Tərlan Qafarova polisə Gəncə şəhər Apellyasiya Məhkəməsinin qarşısında döyülməsi ilə bağlı müraciət edib.

Fakt üzrə toplanan materiallar Gəncə şəhər Prokurorluğuna, oradan isə Nizami rayon Polis İdarəsinə göndərilib. Araşdırma zamanı məlum olub ki, T. Qafarova heç bir əsaslı səbəb olmadan Şəmkir rayon Mahmudlu kənd sakini Əbülfəz Xudiyev tərəfindən döyülüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Tədqiqat şöbəsində araşdırma aparılır.

Qaynar.info