Xəbər lenti

Qadın müəllim qohumunu öldürdü - Zaqatalada
Ölkə05:48 12.08.2015

Qadın müəllim qohumunu öldürdü - Zaqatalada

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zaqatalada 48 yaşlı kişi qətlə yetirilib. Qaynar.info APA-ya istinadən xəbər verir ki, avqustun 11-i axşam 22 radələrində rayonun 3-cü Tala kənd sakini 1967-ci il təvəllüdlü Qazıməhəmməd Nəsrullah oğlu İbrahimovun döş qəfəsinin sol tərəfindən bıçaqlanaraq qətlə yetirilmiş meyiti xəstəxananın morquna daxil olub. 
Qazıməhəmməd İbrahimovu onun qohumu, kənd sakini 1984-cü il təvəllüdlü Günel Ömər qızı İsgəndərova tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Məlumatda bildirilir ki, qətl şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən Qazıməhəmməd İbrahimov evli olub, bir-neçə il əvvəl həyat yoldaşından ayrılıb.  
Qətli törədən Günel İsgəndərova 3-cü Tala kənd orta məktəbində idman müəlliməsi işləyir. Hal-hazırda körpə uşağı olduğu üçün analıq məzuniyyətindədir. 
Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Qaynar.info