Xəbər lenti

Qadın özünü dənizə atdı, kişi isə Kürə
Ölkə08:05 17.04.2015

Qadın özünü dənizə atdı, kişi isə Kürə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aprelin 16-da Sumqayıt şəhəri 6-cı mikrorayonun ərazisində şəhər sakini Tünzalə Xudiyeva intihar məqsədi ilə özünü dənizə atıb.

Daxili İşlər Nazirliyinin saytının məlumatına görə, o, polis əməkdaşları tərəfindən xilas edilib.

Oxşar hadisə Sabirabad rayonunda da baş verib. Aprelin 16-da rayon sakini İnşallah Əlili Şirvan şəhərinin ərazisində körpüdən özünü Kür çayına atmağa cəhd göstərib. Cəhdin qarşısı Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb.

Qaynar.info