Xəbər lenti

Qadını oteldə ürəyindən vurdular - Masallıda
Ölkə17:34 12.12.2016

Qadını oteldə ürəyindən vurdular - Masallıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Masallı rayonundakı otellərdən birində cinayət hadisəsi baş verib. 

Qayarinfo.Az Report-a istinadən xəbər verir ki, təqribən 21-22 yaşlarında olan Röya Novruz qızı Hüseynova ürək nayihəsindən bıçaq zərbəsi alıb. 

O, Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Mərhumun həyat yoldaşı tərəfindən qətlə yetirildiyi ehtimal olunur və şübhəli şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Faktla bağlı cinayət işi açılıb. 

Qayarinfo.Az